Bakıda avtobus sürücüsü sərnişinin üstünə bıçaq çıxartdı:
    • 15-11-2019, 10:21
    • 2 961

Bakıda avtobus sürücüsü sərnişinin üstünə bıçaq çıxartdı: "SƏNİ DEŞİK-DEŞİK EDƏRƏM" - VİDEO

Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir.

News24.az-ın məlumatına görə, bir nçə gün əvvəl Koroğlu metrosundan Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübahisə etməyə başlayıblar. Bu zaman bir-birini təhqir edən sürücü və sərnişin əlbəyaxa dava etməyə çalışıb və sürücü əlinə bıçaq götürərək sərnişinin üstünə şığıyıb. O, sərnişinə “SƏNİ DEŞİK-DEŞİK EDƏRƏM”, deyərək hədələyib.

Baş vermiş hadisənin sosial şəbəkələrdə yayılmış görüntüsünü təqdim edirik.