Bakıda “protiv” gedən avtobus sürücüsü – VİDEO
    • 14-10-2019, 10:59
    • 1 489

Bakıda “protiv” gedən avtobus sürücüsü – VİDEO

Bakıda marşrut avtobusu idarə edən bəzi sürücülərin özbaşınalıqlarına tez-tez rast gəlinir.

News24.az-ın məlumatına görə, sərnişinlər demək olar ki, hər gün 165 saylı avtobuslardan şikayət edir. Bakıda ən özbaşına marşrut xətlərindən biri sayılan bu avtobusların sürücüləri hər gün Hüseynbala Əliyev küçəsində - Yeganə şadlıq evinin qarşısında yolun əks hərəkət zolağına çıxaraq digər nəqliyyat vasitələrinin, həmçinin sərnişinlərin həyatını təhlükə qarşısında qoyurlar. Son olaraq oktyabrın 12-də bu kimi hal yaşanıb və qayda pozuntusunu müşahidə edən sürücülərdən biri baş vermiş hadisənin videosunu yaymaq qərarına gəlib.

Həmin görüntüləri təqdim edirik.