Yollarda tıxacın qarşısı alındı
    • 15-11-2019, 11:59
    • 663

Yollarda tıxacın qarşısı alındı

Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) hərəkət bərpa edilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, əvvəllər bu ərazidə nəqliyyatın sıxlığına səbəb olan süni amillər aradan qaldırılıb. Nəticədə piyadaların təhlükəsizliyi təmin edilib. Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz şəkildə istifadəsinə nail olunub. 4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.

Afaq Mirayiq