Bax buna deyərlər əla -  3500 işçisini istirahətə göndərir, üstəlik 1 milyon dollar xərclik verir
    • 6-07-2018, 10:34
    • 1 100

Bax buna deyərlər əla - 3500 işçisini istirahətə göndərir, üstəlik 1 milyon dollar xərclik verir

News24.az Türkiyənin NTV saytına istinadən xəbər veri ki, adının çəkilməsini istəməyən bir hindistanlı milyarder 3 min 500 nəfər işçisini eyni anda  İstanbula tətilə göndərir.


İş adamının 12 milyard dollar sərvəti olduğu bildirilir. O 3500 nəfərlik işçi qrupunun bir həftəlik istirahətinə 10 milyon dollar ayırıb.Əlavə olaraq səyahət zamanı xərcləmək üçün 1 milyon dollar nəğd pul da verilib.

"Türkiye Seyahat Acentaları Birliği"nin (TÜRSAB) təşkilatçılığı ilə keçiriləcək səfər proqramı üçün 10 lüks oteldə hazırlıq görülüb. Şirkətin işçiləri 20 müxtəlif ölkələrdən İstanbula gələcək, türk mətbəxini dadacaq, gəzməli, görməli yerlərə səyahət edəcək.

ilhamə