-
- 15-11-2019, 17:26
- 719
Prezidentdən 6 milyonluq SƏRƏNCAM
Prezident İlham Əliyev Şamaxı və Aösu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
News24.az xəbər verir ki, prezidentin sərəncamına əsasən zəlzələ nəticəsində Şamaxı və Ağsu rayonunlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan hər rayona ayrılıqda 3,0 (üç) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləği maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.