Plyonka ilə bağlı son qərar verildi - Sürücülər cərimələnməyəcək
    • 15-11-2019, 21:59
    • 2 818

Plyonka ilə bağlı son qərar verildi - Sürücülər cərimələnməyəcək

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti sabah başa çatsa da, sürücülər barəsində inzibati tənbeh görülməyəcək.
News24.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib. Göstərişə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək.