APA 15 yaşını qeyd edir
    • 16-11-2019, 00:00
    • 1 962

APA 15 yaşını qeyd edir

Xəbərimiz var!”. Onlar 15 ildir bu devizlə addımlayır. 
News24.az xəbər verir ki, “ APA-Group”a daxil olan Azəri-Press Agentliyinin - yəni APA-nın 15 yaşı olur.
Məlumat üçün bildirək ki, APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis dillərində xəbərlər tirajlayır. Xəbər xidməti “on-line” sistemi ilə həyata keçirilir.

Saytın informasiya lentində Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri xəbərlər, analitik yazılar, müsahibələr, şərhlər hazırlayır, foto və video xidməti göstərir.

15 yaş insanın yeniyetməlik çağıdır. APA indi bu vaxtını yaşayır. Enerjili, pozitiv və çevik...
Bu 15 ildə APA tək addımlamayıb. Onun yoldaşları- Lent.az , Vesti.az Kulis.az və APA TV-dir. Bu böyük komandanın Azərbaycanın bütün bölgələrində, həmçinin ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Fransa və Mərkəzi Asiya ölkələrində büroları fəaliyyət göstərir.

Bu gün 15 ilini qeyd edən dostlarımızı, həmkarlarımızı News24.az saytı olaraq təbrik edirik.

Daim zirvədə qal APA! 15 yaşlı kapitan!