9 azərbaycanlı qadını əcnəbi kişilərə satdı – ULDUZƏNİN ŞOK ƏMƏLLƏRİ
    • 16-11-2019, 11:51
    • 3 023

9 azərbaycanlı qadını əcnəbi kişilərə satdı – ULDUZƏNİN ŞOK ƏMƏLLƏRİ

Azərbaycanda insan alveri ilə məşğul olan daha bir qadın barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, çoxsaylı qadınları insan alveri qurbanına çevirmiş Ulduzə Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.5-ci, yəni, insan alveri - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə açılan işin ibtidai istintaqı artıq yekunlaşdırılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azər Paşayevin icraatına verilib.

Məlumata görə, iş üzrə 9 qadın zərərçəkən şəxs qismində tanınıb. Onlardan bəziləri Türkiyəli şəxslərlə rəsmi nikaha da daxil olubmuş.
Yaxın günlərdə 9 qadını əcnəbilərə satan U.Zeynallının məhkəməsi başlayacaq.