SON DƏQİQƏ! Sumqayıtda zavodda HADİSƏ - İŞÇİLƏR ZƏHƏRLƏNDİ
    • 16-11-2019, 13:41
    • 637

SON DƏQİQƏ! Sumqayıtda zavodda HADİSƏ - İŞÇİLƏR ZƏHƏRLƏNDİ

Sumqayıt şəhərində yerləşən zavodda baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Günün sonlarına doğru evə buraxılacaqları ehtimalı edilir.