Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ÖLDÜ
    • 16-11-2019, 16:57
    • 1 177

Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ÖLDÜ

Mingəçevirdə təmir işləri ilə məşğul olan usta çalışdığı evdə ölüb.

Hadisə Cəmil Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verib. Belə ki, həmin ünvanda təmir işləri həyata keçirən zaman Ağdaş rayon sakini olduğu deyilən, 1954-cü il təvəllüdlü Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır. //APA