Tovuzda sexdə təkər partladı, usta öldü
    • 19-02-2020, 20:27
    • 1 285

Tovuzda sexdə təkər partladı, usta öldü

Tovuzda usta ehtiyatsızlıq nəticəsində ölüb. 

News24.az xəbər verir ki, rayonun Əyyublu kəndində 53 yaşlı İlham Əlirzayev işlədiyi sexdə avtomobilin təkərini təmir edən zaman şin partlayıb. Hadisə zamanı xəsarət alan usta ölüb.

Faktla bağlı araşdırma aparılır.