Şəkidə usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb
    • 20-11-2018, 14:59
    • 1 456

Şəkidə usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb

Şəki rayonunda usta təmir zamanı hündürlükdən yıxılaraq ölüb.

Hadisə Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsi, ev 63 ünvanında baş verib.
Həmin ünvanda hündürlükdə təmir işləri aparan rayonun İncə Zunud kənd sakini, 1966-cı il təvəllüdlü Kərəm Beydi oğlu Qarayev ehtiyatsızlıqdan yıxılıb. Ağır bədən xəsarətləri alan K.Qarayev travmatik şok vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Xəstəxanadan “Report”un yerli bürosuna bildirlib ki, K.Qarayev xəstəxanaya daxil olduqdan bir-neçə dəqiqə sonra aldığı xəsarətlərdən ölüb. 
Faktla bağlı araşdırma aparılır.

//Report