3 yaşlı körpənin içində olduğu maşın aşdı - vəfat etdi
    • 18-11-2019, 21:20
    • 744

3 yaşlı körpənin içində olduğu maşın aşdı - vəfat etdi

Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Quba-İspik yolunda qeydə alınıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində 3 yaşlı azyaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.