Hacıqabulda ağır qəza - Evakuator
    • 19-11-2019, 10:12
    • 608

Hacıqabulda ağır qəza - Evakuator "KamAZ"la toqquşdu

Hacıqabul ərazisində ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatda, rayon ərazisində “Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşduğu bildiirlib.

 Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.