SON DƏQİQƏ! Xəzərdə faciəvi şəkildə ölən rəisin qardaşının MEYİTİ TAPILDI
    • 19-11-2019, 16:16
    • 840

SON DƏQİQƏ! Xəzərdə faciəvi şəkildə ölən rəisin qardaşının MEYİTİ TAPILDI

Xəzər dənizində itkin düşən neftçi SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşı İlqar Şərifovun meyiti tapılıb. 

News24.az-a daxil olan məlumata görə, İ.Şərifovun meyiti Pirallahıda "Mayak" adlanan ərazidə balıqçılar tərəfindən aşkarlanıb. Bu gün tapılan meyit barədə Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə məlumat verilib. 

Su Nəqliyyatında Polis İdarəsindən faktı News24.az-a təsdiqləyiblər. 

Qeyd edək ki, İlqar Şərifov bir neçə gün əvvəl Abşeron NQÇİ-də itkin düşmüşdü.