-
- 19-11-2019, 17:52
- 994
SOCAR-la Equinordan birgə layihə- “Qarabağ” yatağında ilk quyu qazılacaq
Noyabrın 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan News24.az-a verilən məlumata görə, görüşdə şirkətlər arasında əməkdaşlığın geniş spektri müzakirə olunub, “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan işlərin, həmçinin Azəri-Çıraq-Dərinsulu Günəşli yataqların işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparılıb. Torqrim Reitan Equinor-un SOCAR-la birgə həyata keçirdiyi layihələrdə təhlükəsizlik və şəffaflıq standartlarını yüksək qiymətləndirib, şirkətin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib. Tərəflər “Qarabağ” layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayaraq, bu istiqamətdə növbəti addımlarını müzakirə etdilər.
Qeyd edilib ki, hazırda “Qarabağ” yatağında üzən qazma qurğu vasitəsi ilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın “Bos Şelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.
SOCAR və Equinor şirkətlərinin daha bir ortaq layihəsi olan “Əşrəfi-Dan Ulduzu-Aypara” çərçivəsində SOCAR-ın “Caspian Geo” şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 km uzunluğunda xətt üzrə 2D ölçülü, 700 km2-ə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.
Qeyd edək ki, Norveçin Equinor (2018-ci ilədək Statoil) şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır. 30 May 2018-ci il tarixində SOCAR və Equinor arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb.
“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib,1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənmişdir. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən “Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.
Afaq Mirayiq