İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR
    • 24-01-2020, 14:33
    • 934

İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.