Qaradağda iki avtobusun toqquşmasının SƏBƏBİ AÇIQLANDI - FOTOLAR
    • 21-11-2019, 10:19
    • 737

Qaradağda iki avtobusun toqquşmasının SƏBƏBİ AÇIQLANDI - FOTOLAR

Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Mercedes markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövlət Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub.

149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, hadisə Mercedes markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.