-
- 21-11-2019, 11:02
- 1 160
“Bu Şəhərdə” 11 ildən sonra yeni kino çəkdi - VİDEO
"Bu Şəhərdə" komandası "Ci-Mi" filmindən sonra növbəti kinosunu təqdim etməyə hazırlaşır.
News24.az xəbər verir ki, 11 ildən sonra Müşviq Abbasov "Şabaş" adlı filmini dekabrın 5-də "CinemaPlus" kinoteatrında tamaşaçılara təqdim edəcək. Ənənəyə sadiq qalaraq, kinonun baş rollarını əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov ifa edib. Yeni layihəsi barədə Müşviq Abbasov açıqlama verib: "İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşaallah tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq".
Abbasov Şabaş filminin məzmunu haqda qısa məlumat da verib: "Kinonun məğzində Rəfael və Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Günlərin bir günü toylarına getdikləri müğənniylə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz".
Sevda Bayramova