-
- 3-04-2020, 16:34
- 921
"Bu şəhərdə" koronavirusla mübarizəyə 5 min AYIRDI
"Bu Şəhərdə" komandası koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.
News24.az xəbər verir ki, “Bu Şəhərdə”production Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat məbləğində ianə edib. Bununla da onlar koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib. Komandanın sevilən simaları Müşviq Abbasov, Rafael İsgəndərov və Coşqun Rəhimov təhlükəli pandemiya ilə əlaqədar hər kəsi evlərində qalmağa və karantinin qaydalarına əməl etməyə dəvət edib.
Qeyd edək ki, “Bu Şəhərdə” bu aylar üçün nəzərdə tutulan 5 Bakı, 5 Gəncə, 2 Naxçıvan və 2 Ukrayna konsertlərini ləğv edib.
Sevda Bayramova