Suriyalılar vətənlərinə qayıdır
    • 21-11-2019, 12:43
    • 741

Suriyalılar vətənlərinə qayıdır

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı “Sülh Çeşməsi” əməliyyatı nəticəsində suriyalılar vətənlərinə qayıdır.

News24.az xəbər verir ki, illərdir terror təşkilatlarının işğalı səbəbilə torpaqlarından didərgin düşən suriyalılar “Sülh Çeşməsi” əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənmiş Tel Abyada qayıtmağın sevincini yaşayırlar.

Əməliyyat çərçivəsində YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda həyat normallaşır. Xalqın ehtiyaclarının ödənilməsi üçün demək olar ki, hər sahədə təmir-abadlıq işləri davam etdirilir.

Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başladılan “Sülh Çeşməsi” əməliyyatı YPG/PKK terror təşkilatının zülmü səbəbilə doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalan suriyalılar üçün də evə qayıdış ümidi olub.

İllərlə evlərindən didərgin düşən suriyalılar “Sülh Çeşməsi” əməliyyatı nəticəsində Tel Abyadın yaşayış üçün yararlı vəziyyətə gətirilməsilə ata-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.