Beşmərtəbəli bina yandı
    • 22-11-2019, 00:35
    • 1 124

Beşmərtəbəli bina yandı

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında televizor, kondisioner və ev əşyaları 2 kv.m sahədə yanıb.
 
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.