İmişlidə beşmərtəbəli binada yanğın
    • 12-02-2020, 09:28
    • 688

İmişlidə beşmərtəbəli binada yanğın

İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.