"Gəlinlik geyindiyimə görə bəxtim bağlandı" - AYAN BABAKİŞİYEVA
    • 22-11-2019, 11:24
    • 1 611

"Gəlinlik geyindiyimə görə bəxtim bağlandı" - AYAN BABAKİŞİYEVA

"Anayam da qurban olum. Xatun söhbətini artıq bağlamışam. Hər kəs mənim danışıq tərzimi, xasiyyətimi bilir. Düşünürəm ki, lazımlı və hörmətli cavabını vermişəm".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Ayan Babakişiyeva həmkarı Xatun Əliyeva ilə yaranan qalmaqala münasibət bildirərkən söyləyib. İfaçı bildirib ki, bu cür söz-söhbətlərdə yer almaq istəmir. Babakişiyeva yeni işlərindən də danışıb: "Nadirlə yeni duetimiz işıq üzü gördü. Bununla yanaşı klip də, çəkdirməyi düşünürəm. Düşünürəm ki, çox möhtəşəm və fərqli iş ortaya çıxacaq. Mən də daim yaxşı iş təqdim etməyə çalışmışam. Estrada ifaçısıyam, amma lazım olanda meyxanaya da qulaq asıram. Təəssüf ki, indi bayağı müğənnilərimiz çoxdur. Onlar musiqimizi korlayırlar. Məsələn, bizim Nadirlə oxuduğumuz ilk duetin də müəllifi meyxanaçıydı, amma biz onu layiqli şəkildə nümayış etdirdik. Əgər, təqdimetmə bacarığın varsa o bayağı olmayacaq. Bəzi müğənnilər Tofiq Quliyevin əsərini ifa edirlər, təqdimata baxırsan ki, o cür əsəri nə günə qoyurlar. Bayağılıqda lazımsız boğazlar, ritmlər, ucuz, səviyyəsiz aranjemanlar eşidilir. Ən çox da məişəyi bilinməyən internet kanallarda bayağı ifalar səslənir. "İnstagram"da da bunu paylaşıb, məşhur olurlar. Amma o sevgi də çox getmir".

Müğənni "bəs siz ağır, klassik əsəri oxuya bilərsinizmi" sualına belə cavab verib: "Əlbəttəki. Əgər, mən Elçin İmanovun tələbəsiyəmsə deməkki, klassikanı da, oxuya bilərəm. Toylara gedəndə bəzən elə olur ki, Tofiq Quliyevin 6/8 ritmlərinə müraciət edirəm. Lazım olanda efirdə də, onları ifa edirəm".

A. Babakişiyeva bu yaxınlarda açdığı gəlinlik mağazasından danışıb: "Gəlinlik geyindim. Niyə də gəlin olmayım? Düzdür, gəlinlik geyindiyimə görə bəxtim bağlanır, amma hər an hər şey ola bilər, çünki bunlar qismət işidir".

Müğənni geyimlərində olduqça cəsarətli olduğunu söyləyib: "Özümə, vücuduma güvənirəm. İnsanda özgüvən, qərar və xarakter olmalıdır. Əgər, qərarsız olsanız həyatda istədiyiniz heç bir şeyə nail olmayacaqsınız. Mən daim çalışmışam ki, sözün haqqını deyim. Kiminsə arxasıyca danışmıram, əgər, sözüm varsa bir başa insanın üzünə deyirəm. Mənə isə nəyin səhv, nəyin düz olduğunu hər zaman anam və Nadir Qafarzadə deyir".

Sevda Bayramova