"Ədalət Şükürovla aramıza şeytan girib" - AYAN BABAKİŞİYEVA - VİDEO
    • 19-05-2020, 11:48
    • 1 320

"Ədalət Şükürovla aramıza şeytan girib" - AYAN BABAKİŞİYEVA - VİDEO

Müğənni Ayan Babakişiyeva Əməkdar artist Ədalət Şükürovdan danışıb.

News24.az xəbər verir ki, "ATV maqazin ONLARLA"ya açıqlama verən ifaçı bildirib ki, onunla həmkarının arasına üçüncü şəxs girib: "Təbii ki, Ədalət Şükürova hörmətim sonsuzdur. Arada şeytan var. Özü də buynuzlu şeytan. Düşünürəm ki, bizim aramızda heç bir qalmaqal ola bilməz. Ona görə də, hər kəsə öz sənətində uğurlar arzu edirəm". 

A. Babakişiyeva peşimançılıqlarını dilə gətirib: "Hər bir insanda olduğu kimi məndə də peşimançılıqlar olub, amma keçmişimlə çox yaşamıram. Nə unuduram, nə də onunla yaşayıram".

Sevda Bayramova