Sumqayıtda dəhşətli qəza: 1 ÖLÜ, 7 YARALI
    • 22-11-2019, 11:24
    • 736

Sumqayıtda dəhşətli qəza: 1 ÖLÜ, 7 YARALI

Gecə saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində  qəza baş verib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.