Yeni Ramanada qəzaya düşən 9 nəfərdən xəbər var
    • 1-11-2019, 09:40
    • 974

Yeni Ramanada qəzaya düşən 9 nəfərdən xəbər var

Dünən Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı şəhər xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 9 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, yaralılara lazımi tibbi yardım göstərilib. Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.

Afaq Mirayiq