"Xəzər TV-ni yeyib dağıdan bax bu insandır" -
    • 22-11-2019, 11:36
    • 1 355

"Xəzər TV-ni yeyib dağıdan bax bu insandır" - "NİYƏ" - VİDEO

Ötən gecə "Xəzər" Televiziyasının şəxsi kinoteatrında "Niyə" kino komediyanın qala gecəsi keçirilib.

News24.az xəbər verir ki, filmin baş rol ifaçılarından aktyor Fərda Amin jurnalistlərin suallarını cavablandırıb "Əslində, biz sizinlə hər gün rastlaşırıq. Yaradıcı heyət keçən il yayımlanan "Niyə?" serialının həddindən artıq sevilib və marağa səbəb olmasını nəzərə alıb təklif etdi ki, yenidən "Niyə"nin filmi çəkilsin. Çünki, bundan əvvəl "Niyə?" filminin iki bölümü çəkilib. Tamaşaçı Asimanla İsabalanı bir o qədər də tanımırdı. Amma həftəlik serial və "YouTube"da da trend olmağımız yeni bir filmin çəkilməsinə zəmin yaratdı. Bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm. Keçən dəfə tamaşaçılar "Niyə"yə niyə baxdılarsa, düşünürəm ki, bu dəfə də belə olacaq. Kino komediya gülmək üçün çəkilir və əgər, tamaşaçılar bizə gülürlərsə niyə də bunun davamı gəlməsin. Gülmək üçün baxmaq lazımdır".

Aktyor Müşviq Şahverdiyev isə zarafatlarından geri qalmayıb. O, ilk növbədə ekran işində bibi rolunu oynayan Nəzakət Məmmədovaya söz atıb: "Mənim bibimdən yoxdur, onunla fəxr edirəm. Hər kəs məndən onun nömrəsini istəyir. "Niyə" filmində ən çox pul qazanan ssenarist Ənvər Abbasovdur. Biz heç nə qazanmırıq. "Xəzər"i yeyib dağıdan bax bu dur".

Aktrisa Nəzakət Məmmədova isə bildirib ki, "Niyə" layihəsindən sonra ulduzu parlayıb.

Qeyd edək ki, filmin rejissoru Əziz Şahbazov, ssenari müəllifii Ənvər Abbasovdur. Ekran əsərində Fərda Amin, Müşviq Şahverdiyev, Gülcahan Salamova və başqaları rol alıblar. 

Sevda Bayramova