"Mən nə bilirəm ki, mesaj da ötürüm..." - TANINMIŞ REJİSSORDAN GÖZLƏNİLMƏZ ETİRAF - VİDEO
    • 18-10-2019, 17:04
    • 1 040

"Mən nə bilirəm ki, mesaj da ötürüm..." - TANINMIŞ REJİSSORDAN GÖZLƏNİLMƏZ ETİRAF - VİDEO

Ötən gün paytaxtda daha bir yerli filmin qala gecəsi keçirilib.

News24.az bildirir ki, "Sonuncu Pərdə" adlanan ekran əsərində sosial problemlər əks olunur. Filmin rejissoru Emil Quliyev ekran əsəri haqda ətraflı məlumat verib: "Pərdəlar sona çatdı, ona görə də, filmin adı "Sonuncu Pərdə"dir. Ekran əsəri digər iki filmlərinin məntiqi sonluğudur. Gərək filmə baxasan ki, anlayasan niyə sonuncudur. Bu film yaxşı sponsorların və dostların hesabına, həm də təmənnasız çəkilib. Onlar Azərbaycan kinematoqrafiyasının inkişafı istiqamətində işlər görüb, yatırım edirlər, bu da məni çox sevindirir. Filmlərimdə aktyor seçiminə çox diqqətlə yanaşıram. Çalışıram ki, maksimum aktyorun potensialına uyğun rol seçim. Filmin sosial mesajı yoxdur. Mən özüm axı, nə bilirəm ki, nəyinsə mesajını verim. Düşünürəm ki, filmə baxan hər bir tamaşaçı özü üçün nəyisə tapacaq".

Rejissor yeni ekran işinin şad xəbərini verib: "Pərdə ilə bağlı yəqin ki, yekundur. Artıq növbəti trilogiya üzərində çalışmağa başlamışam. Adı hələ ki, sirrdir".

Sevda Bayramova
Video: Fərid Şabanov