Buzovnada 72 yaşlı qadın öldü - MEYİTİNİ HEYVANLAR PARÇALADI
    • 22-11-2019, 12:01
    • 963

Buzovnada 72 yaşlı qadın öldü - MEYİTİNİ HEYVANLAR PARÇALADI

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyidi tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və alddığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb. Nəticədə heyvanlar tərəfindən meyitə xəsarət yetirilib. /trend/