Hindistanın biznes nümayəndə heyəti Bakıda səfərdədir - FOTO
    • 22-11-2019, 17:38
    • 1 110

Hindistanın biznes nümayəndə heyəti Bakıda səfərdədir - FOTO

Hindistanın aparıcı biznes palatalarından biri olan Hindistan Sənaye Konfederasiyasının (CII) 6 üzvdən ibarət biznes nümayəndə heyəti 21-22 noyabr, 2019-cu il tarixlərində Bakıya işgüzar səfərə gəlib. 

News24.az xəbər verir ki, nümayəndə heyəti energetika, enerji, turizm, təhsil, tikinti və kənd təsərrüfatı kimi əsas sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət olub.

Hindistanın Bakıdakı Səfirliyi tərəfindən fəal şəkildə dəstəklənən səfər müddətində ticarət nümayəndə heyəti Bakı Limanı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), AZPROMO və Azərbaycanın Ticarət və Sənaye Palatasının rəsmiləri ilə görüşlər keçirib. Nümayəndə heyəti həmçinin, Sumqayıt Sənaye Parkını ziyarət edərək Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini ilə müzakirələr aparıb.

50-dən çox şirkətin iştirak etdiyi, 21 noyabr, 2019-cu il tarixində Hindistan Səfirliyi tərəfindən təşkil olunan B2B görüşlər biznes əlaqələrinin qurulması üçün çox yaxşı imkan yaradıb. Axşam təşkil olunan Biznes Simpozium, energetika, elektrik enerjisi, kənd təsərrüfatı, turizm və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndələrini bir araya toplayıb. Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin əhəmiyyətini vurğulayan Hindistan səfiri cənab B. Vanlalvavna Azərbaycanda aparılan islahatlar və biznes mühitinin sürətlə təkmilləşməsi nəticəsində Hindistan şirkətlərinin Azərbaycan bazarında öz fəaliyyətlərini genişləndirməyə artan maraq göstərdiyini qeyd edib. Hindistanda baş verən iqtisadi dəyişiklikləri vurğulayan səfir, mövcud biznes ve investisiya imkanları haqqında qısa məlumat verib.

Biznes Simpoziumda çıxış edən Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Novruz Quliyev iki ölkə arasında ikitərəfli ticarətin həcminin mövcud potensialdan aşağı olmasını qeyd edərək biznes əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb. O, energetika, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, mədəniyyət, informasiya texnologiyası və nəqliyyat və s. kimi hər iki ölkə şirkətlərinin əlaqələrini genişləndirə biləcəyi sahələri vurğulayıb.

Özəl, ictimai və kiçik və orta sahibkarlıq sektorlarından 9 000-dən çox üzvü, 300 000-dən çox qeyri-müstəqim üzvlüyü və Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Sinqapur kimi ölkələrdə 11 xarici ofisi olan Hindistan Sənaye Konfederasiyası, Hindistanın ən böyük biznes palatalarından biridir.

Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin bu səfərindən öncə 2019-cu ilin mart ayında Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) rəhbərlik etdiyi 75 şirkətin təmsil olundğu nümayəndə heyəti və 1-2 iyul, 2019-cu il tarixində Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) və Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) 28 üzvdən ibarət birgə çox məhsullu biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlib.