Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsi BAŞA ÇATDI
    • 22-11-2019, 18:32
    • 677

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsi BAŞA ÇATDI

İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. 

Baş Prokuroluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az)  və Qəbul otağında yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). 
Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Qeyd edək ki, aşağıdakı şəxslər müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanıblar:
1. Abbasov Pərvin Bəylər oğlu
2. Cavadlı İsmayıl Araz oğlu
3. Eyyubov Eyyub Süleyman oğlu
4. Əliyev Zaur Allahverdi oğlu
5. Əlizadə Kənan Cavanşir oğlu
6. Əsgərov Vüsal Hacısəyyad oğlu
7. Fətullayeva Nərmin Rəşid qızı
8. Hacıyev Hacı Hidayət oğlu
9. Həsənova Aysel Həsən qızı
10. Həşimzadə Nərmin Fəxrəddin qızı
11. Hümbətov Elmir Sahib oğlu
12. Hüseynov Xanoğlan Qəhrəman oğlu
13. İsmayılov Ramil Ramiz oğlu
14. Qarayev Abbas Məmməd oğlu
15. Qəmbərli Rahim Ağamali oğlu
16. Qurbanova Əfsanə Rövşən qızı
17. Məmmədli Allahyar Qədir oğlu
18. Məmmədli Nicat Qoşqar oğlu
19. Məmmədov Aydın Araz oğlu
20. Məmmədov Nahid Murad oğlu
21. Məmmədov Yusif Guşat oğlu
22. Rəhimli Tuqay Rafael oğlu
23. Sadıqov Rəhim Rəhman oğlu
24. Səfərli Fərid İntiqam oğlu
25. Səmədli Qədir Şakir oğlu
26. Şıxəliyeva Lətifə Şahin qızı
27. Şükürov Nail Kamil oğlu
28. Tarverdiyev Zaur Nazim oğlu
29. Yahyazadə Nigar İlham qızı
30. Zülbalayev Rahim Asim oğlu.