İlham Əliyevlə Vladimir Putin bu tarixdə görüşəcək
    • 22-11-2019, 22:19
    • 736

İlham Əliyevlə Vladimir Putin bu tarixdə görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qəbul edərkən azərbaycanlı həmkarı İlham Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyinə ümid bəslədiyini deyib.


News24.az xəbər verir ki, RİA-nın məlumatına görə, Putin həmçinin qeyd edib:


“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşməyimizdən məmnun olacağıq”.


Bundan əlavə, Mehriban Əliyeva Putinə İlham Əliyevin salamlarını yetirərək əlavə edib.


“Azərbaycan Respublikası Prezidentinin sizin üçün əlverişli bir zamanda ölkəmizə səfər etmək dəvətini də çatdırmaq istəyirəm”.