Azərbaycanlı jurnalist Şuşa və Kəlbəcərdən şəkillər paylaşdı -FOTOLAR
    • 23-11-2019, 23:28
    • 948

Azərbaycanlı jurnalist Şuşa və Kəlbəcərdən şəkillər paylaşdı -FOTOLAR

Xəbər verdiyimiz kimi, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.
News24.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Səfərə gedənlər arasında 1news.az saytının müxbiri Elşən Rüstəmov də olub.
O, Kəlbəcər və Şuşadan çəkdiyi fotoları şəxsi feysbuk hesabında paylaşıb.