Bakıda iki qardaşı BIÇAQLADILAR
    • 24-11-2019, 00:24
    • 837

Bakıda iki qardaşı BIÇAQLADILAR

Bakıda iki qardaş bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Əmircan qəsəbəsində 1987-ci il təvəllüdlü Əliyev Ramin Natiq oğlu və 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu bıçaqlanıblar. Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı, Ramin Əliyevə kürək nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası, Rauf Əliyevə isə sağ qolun 1 ədəd kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.
Yaralıların sözlərinə görə, onlara tanımadıqları şəxs bıçaq xəsarətləri yetirib.
Hadisənin təfərrüatı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.