İngiltərə klubu milli futbolçumuzu TRANSFER etmək istəyir
    • 24-11-2019, 11:47
    • 1 024

İngiltərə klubu milli futbolçumuzu TRANSFER etmək istəyir

İngiltərənin "Sanderlend" klubu yığma komandamızın və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadəyə "elçi" düşüb.

News24.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş, hazırda I liqada (League One) mübarizə aparan klubun millimizin üzvü üçün qış transfer pəncərəsində "Sabah"a təklif göndərəcəyi bildirilib. Xəbərdə həmçinin Bakı klubunun "Sanderlend"dən böyük rəqəm tələb etməyəcəyi də vurğulanıb. (Offsideplus.az)