-
- 25-11-2019, 17:55
- 802
DSX-nin 55 hərbi qulluqçusu İŞDƏN ÇIXARILDI
Noyabrın 25-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
DSX-dan News24.az-a verilən məlumata görə, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəticəsində son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib.
Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statistik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nailiyyətlərin əldə olunmasında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında DSX əməkdaşlarının sosial-məişət vəziyyətinin gücləndirilməsinin, şəxsi heyətin pul təminatının artırılmasının, sərhəd nəzarəti məntəqələrinin hərbi qulluqçuları üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasının sərhədçilərin xidmətinə ən yüksək səviyyədə göstərilən ali diqqət və qayğının ifadəsi olması bildirilib.
Sərhəd nəzarəti məntəqələrinin fəaliyyətində əldə olunmuş nailiyyətlərin qorunub saxlanılmasının və daha da artırılmasının mühümlüyü xüsusi vurğulanıb.
Sərhəd nəzarətinin vəzifəli şəxslərinin məruzələri, o cümlədən dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması üzrə təklifləri dinlənilib, xidməti fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.
Xidməti müşavirədə DSX-nin Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi, polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Müşavirənin sonunda normativ-hüquqi aktların və rəhbər sənədlərin tələblərinə riayət olunması, dövlət sərhədindən buraxılış məntəqələrində xidmətə nəzarətin daha da gücləndirilməsi istiqamətində əlavə tapşırıqlar verilib.