Bakıda 160 saylı marşrut avtobusu qəza törətdi - ÖLƏN VAR
    • 25-11-2019, 18:51
    • 983

Bakıda 160 saylı marşrut avtobusu qəza törətdi - ÖLƏN VAR

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /apa/