Baş nazir aparat rəhbərini işdən çıxartdı
    • 3-12-2018, 15:43
    • 1 247

Baş nazir aparat rəhbərini işdən çıxartdı

Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyev vəzifəsindən azad edilib. 

Bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb. Bu vəzifəyə hələlik təyinat olmayıb. 

Qeyd edək ki, Ağabala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.

2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb. 

A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.

Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağabala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

//Bakupost