Prezident BDU-nun 100 illik yubileyində - FOTO- VİDEO - YENİLƏNDİ 2
    • 26-11-2019, 17:26
    • 954

Prezident BDU-nun 100 illik yubileyində - FOTO- VİDEO - YENİLƏNDİ 2

Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Dövlət başçısı mərasimdə nitq söyləyib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, müsəlman şərqinin yeni tipli ali təhsil ocağı kimi bu günədək yeni nəsilə yadigar qalıb: "Ötən yüz ildə Bakı Dövlət Universiteti xalqımızın həyatında müstəsna rol oynayıb. Bu illər ərzində ali təhsil müəssisəsinin 7 dəfə yubileyi keçirilib. Bir çox ölkələrdə universitetin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Bu da universitetin daha da inkişafı üçün bir təkandır. Cənab Prezident, sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan dünyada analoqu olmayan sürətlə inkişaf edir. Universitetin əsas məqsədi sırasında azərbaycançılıq məfkurəsinin daim təbliğ edilməsi olub. Fəaliyyət göstərdiyi müddətdən bu günə qədər daim savadlı kadrların yetişdirilməsi əsas hədəf kimi götürülüb".

Onun sözlərinə görə, BDU-da ali təhsilin bütün sahələrində 24 mindən çox tələbə təhsil alır: "Hər zaman olduğu kimi, bu gün də universitet ölkənin ictimai-siyasi mədəni həyatında yaxından iştirak edir. Bu gün hökumətdə təmsil olunan rəsmi şəxslərin, ziyalıların çoxu məhz bizim universitetin məzunlarıdır. Bu da qürurvericidir. Növbəti yubileylərə qədər yenə də ölkənin daim yüksələn xətlə gedən inkişafına öz töhfəsini verəcək".

BDU-nun professoru Firuzə Abasova ali təhsil ocağının fəaliyyəti və gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra tədbir bədii hissə ilə davam edib, universitetin himni səsləndirilib.

***
12.10

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı mərasimdə nitq söyləyib.