Ağ Ev və Konqres binası BAĞLANDI
    • 27-11-2019, 09:32
    • 1 379

Ağ Ev və Konqres binası BAĞLANDI

Ağ Evin ərazisi bağlanıb, ABŞ Konqresi isə təxliyə edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hava məkanının pozulması olub. Belə ki, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) radarlarında naməlum uçan cism peyda olub. Məsələni araşdırmaq üçün ABŞ Sahil Mühafizəsi helikopterləri həmin əraziyə göndərilib. Bu isə Ağ Ev və Konqres binasının qısamüddətli bağlanmasına səbəb olub.

Araşdırma zamanı ABŞ Sahil Mühafizəsi vertolyotları, təhlükə aşkar etməyib, hüquq-mühafizə orqanlarını yerdə mümkün pilotsuz təyyarəni axtarmağa başlayıblar.

Hazırda hadisənin əsas 3 səbib üzərində araşdırma aparılır. Bunlar quşlar, atmosfer anomaliyası və ya pilotsuz uçuşlardır.