Bakının Baş Planının layihəsi gələn il TƏQDİM OLUNACAQ
    • 27-11-2019, 16:33
    • 1 500

Bakının Baş Planının layihəsi gələn il TƏQDİM OLUNACAQ

Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, Bakının Baş Planının hazırlanması ilə bağlı 4 əsas prioritet qəbul olunub. Əsas istiqamətlərdən biri çoxmərkəzli şəhər yanaşmasıdır. Bunun da məqsədi Bakının mərkəzinin yükünü azaltmaqdır: "Bu gün tarixi mərkəzlə yanaşı, ənənəvi mərkəz də var. Yanaşmalar əlavə və alt mərkəzlərin yaradılmasını nəzərdə tutur".

A.Quliyev bildirib ki, bu gün Bakının bir tarixi mərkəzi mövcuddur. Əsas priotitet istiqamətlərdən biri şəhəri tarixi irsi nəzərə almaqla inkişaf etdirməkdir.

Komitə sədrinin müavini əlavə edib ki, Bakının Baş Planının hazırlanması ilə bağlı digər yanaşma nəqliyyat infrastrukturu ilə bağlıdır: "Metro gündəlik həyatımızda çox əhəmiyyətlidir. Səmərəli iş nəticəsində irəli sürülən təkliflər əsasında stansiyaların sayı, onların açılma ardıcıllığında prioritetləşdirmə apardıq. Bakı Metropoliteninin, Bakı şəhərinin inkişafı ilə bağlı daha səmərəli nəticə əldə etdik".

A.Quliyev deyib ki, əsas prioritetlərdən biri dayanıqlı inkişafı təmin etmək üçün Bakıda bir qədər çirklənmiş ərazilərin sağlamlaşdırılmasıdır.
Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir.

Digər bir istiqamət isə Bakının yeni sənaye sahələrinin müəyyənləşdirilməsi, onların inkişafı üçün şəraitin yaradılmasının təmin edilməsidir. /trend/