-
- 27-11-2019, 16:36
- 925
Baş Nazir sürüşmə zonasında olub
Baş Nazir Əli Əsədov Bibiheybətdə sürüşmə baş verən əraziyə gedib.
News24.az APA. Tv-yə istinadən xəbər verir ki, Baş Naziri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və digər şəxslərmüşayiət edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov həmin ərazinin sürüşmə zonasına daxil olduğunu bildirib: “Axşam saatlarında ərazidə çökmə tipli sürüşmə prosesi baş verib. Prosesin baş verməsinə səbəb yamac tərəfdən dəniz istiqamətinə daimi yüksək təzyiqin olması, son günlərdə atmosfer çöküntülərinin həddən artıq intensiv olması torpaq qatının ağırlaşmasına səbəb oldu. Bu da sürüşməyə meylli ərazidə təxminən 300 metr məsafədə həmin gördüyünüz bu proses baş verib”.
Bu, ərazidə baş verən ilk belə hadisə deyil: “Arxiv məlumatlarına əsasən deyə bilərəm ki, bir neçə əsr bundan əvvəl də, insanlar bu ərazidə məskunlaşmamışdan da bu ərazilərdə sürüşmələr baş verib. Təbii ki, son zamanlar həmin bu əraziyə insan müdaxiləsi, ərazinin vertikal kəsilməsi sürüşmə prosesini bir qədər də aktivləşdirib”.
Sürüşmə ərazisinə avtomobillərin giriş və çıxışı tamamilə məhdudlaşdırılıb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib: “Avtomobillərin hərəkətinə müəyyən ərazilərdən məhdudiyyətin qoyulması nəzərdə tutulub. Xüsusilə bütün növ yük avtomobilləri Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti məhdudlaşdırılıb və 3-cü kənar dairəvi yolla, Yasamal rayonu ərazisindən keçməklə müəyyənləşdirilib. Hazırda vəziyyəti nəzərə alıb paytaxt istiqamətində hərəkət edən bütün sürücülərdən xahiş edirik ki, alternativ yol kimi 3-cü kənar dairəvi yolla hərəkəti davam etdirsinlər”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisədən 2 gün öncə sözçüsü olduğu qurum tərəfindən Bibiheybət ərazisindəki sürüşmə zonasında çatların yaranması ilə bağlı müşahidələr aparılıb və ərazi sürüşmə prosesindən öncə nəzarətə götürülüb: “Bir hərəkət zolağı boyunca təqribən 80-100 metrlik hissədə çökmə və dağılmalar baş verib. Artıq digər zolaqlarda da çatlar əmələ gəlib. Bildiyiniz kimi, Bibiheybət-Badamdar-Bayıl zonasında bir neçə nöqtədə sürüşmə əraziləri var. Həmin sürüşmə ərazilərindən biri də ərazidə yerləşir. Hazırda əməkdaşlarımız tərəfindən və digər qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilir. Növbəti mərhələdə ərazidə hansı işlərin görülməsi ilə bağlı qərar qəbul olunacaq və yolun hərəkət hissəsinin bərpa olunması ilə bağlı addımlar atılacaq”.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasedici qrupları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.