-
- 28-11-2019, 11:16
- 968
Son iki həftədə Bavariyadan 300 nəfər Azərbaycan vətəndaşı DEPORTASIYA EDILDI
Son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.
News24.az Avropa bürosunun əldə etdiyi məlumatda deyilir ki, sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.
Gecə saatlarında Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları deportasiya üçün onları Münhen hava limanına aparıblar.
Deportasiya olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdir.
Onların arasında könüllü sığınacaq istəyini geri götürüb Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.
Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da yaxın günlərdə Avropada qanunsuz yaşayan daha 1385 nəfərin readmissiya ilə Azərbaycana qaytarılacağının anonsunu vermişdi.