YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı - TƏCİLİ
    • 28-11-2019, 12:21
    • 2 961

YAP deputatlarını geri çəkdi: Milli Məclis buraxıldı - TƏCİLİ

Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkib.

Bu barədə  adının çəkilməsini istəməyən millət vəkili məlumat verib. Qərar YAP-ın bu gün keçirilən Siyasi Şurasında qəbul edilib.
Qərarın az sonra mediaya elan olunacağı gözlənilir.

Qeyd edək ki, qanunvericilliyə görə, parlament çoxluğu deputatlarını geri çəkərsə, yetersay olmadığı üşün Milli Məclis özünü buraxmağa məcbur olacaq.
YAP parlamentdə 125 deputat yerindən 74-nə sahibdir. Hazırda onlardan bir neçəsi vəzifəyə təyin olunduğuna görə mandatdan imtina etsə də, YAP-ın parlamenti buraxmaq səviyyəsində (50%-dən çox) deputatı var.
Xatırladaq ki, sabah MM-in plenar iclası keçiriləcək və MM-in də sabah özünü buraxacağı ehtimal olun. /Axar.az/