-
- 28-11-2019, 15:30
- 686
Peşə təmayüllü siniflərə MEDİATUR- FOTOLAR
Bu gün Bakı şəhəri 120 nömrəli tam orta məktəbdə mediatur təşkil edilib.
News24.az xəbər verir ki, “Peşə təmayüllü siniflər” layihəsi ilk olaraq sözügedən məktəbdə tətbiq olunub. Burda 1 peşə təmayüllü sinif var. Sinifdə 24 şagird təhsil alır. Cari tədris ilində təmayül sinfində aqronom və dərzi ixtisasları tədris olunur. Bununla yanaşı, aşbaz ixtisası və təmir-tikinti profili üçün də şərait yaradılıb.
10 P sinifdə təhsil alan Əfsanə dərzilik üzrə təhsil alır. Əfsanənin sözlərinə görə o, gələcəkdə peşəkar rəssam olmaq istəyir: “Burda öyrəndiklərimi gələcək işlərimdə tətbiq etmək istəyirəm. Ən böyük arzularımdan biri Rəssamlıq Akademiyasının diplomunu almaqdır. Kiçik yaşlarımdan dərziliyə marağım olub. Ailəmdə heç kim bu sahə üzrə çalışmır. Gələcəkdə qrafika üzrə dizayner olmaq istəyirəm”.
Sözügedən sinifdə oxuyan digər şagird isə Quluzadə Aytacdır. Aytacın isə daha çox kulinariyaya marağı var: “Pizza, mərci şorbası, şirniyyatlar bişirmişəm, salatlar hazırlamışam. Yeyənlər çox bəyənir. Kulinariyadan əlavə tikişlə də maraqlanıram. Amma gələcəkdə aşbaz olmaq istəyirəm”.
Aqronom olmaq istəyən 10 –cu sinif şagirdi Nihat Əliyev isə bu peşənin ağır olmasına baxmayaraq, məqsədində israrlıdır: “Aqronom olub istixanalar açmaq niyyətindəyəm. Bu sənətlə cəmiyyətə fayda vermək istəyirəm. Ailəmizdə aqronom olduğuna görə bu sahəyə məndə böyük maraq var. Bitkilərlə çalışmaq mənə xoş təəssürat bağışlayır. Bu iş insana onun psixologiyasına rahatlıq verir”.
Azyaşlı Elnur Həsənov isə hərbi xidməti başa vurduqdan sonra aqronom kimi çalışacaq: “Atam istixanada işləyir. Onun yanına işə gedəndən sonra məndə bu sahəyə maraq artdı. Elə də çətin peşə deyil, amma çox faydalı, həm də gəlirlidir”.
Ümumitəhsil müəssisəsinin həyətində şagirdlərinin əkinçiliklə məşğul olması əkin sahəsi də ayrılıb.
Təhsil Nazirliyinin işçisi Emin Əmrullayev layihə haqda danışıb: “Layihə Azərbaycanın 20 müxtəlif bölgələrindəki məktəblərdə tətbiq edilib. Peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsil alanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Eyni zamanda, peşə təmayüllü siniflərdə təhsilanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirilməsi və nəhayət əmək bazarının peşəyönümü istiqamətində hazırlıqlı və bacarıqlı əmək qabiliyyətli şəxslərlə təmin edilməsi ilə ölkə miqyasında iqtisadi inkişafa töhfə vermək layihənin hədəflərini təşkil edir. Xüsusilə qız şagirdlərin bu layihəyə cəlb olunması xoşdur. Onların gələcəkdə işə düzəlməsi üçün tövsiyə xarakterli məsləhətlər də, olacaq. Bununla yanaşı peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün həmçinin sürücülük kurslarının tədrisi planlaşdırılıb. Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. Sözügedən layihə gələcəkdə cəbhə bölgələrindəki məcburi köçkünlərin təhsil aldığı məktəblərdə də, tətbiq olunacaq”.
Qeyd edək ki, məktəbdə şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə layihələr tədris olunur. Əsas fənddə “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr tədris olunur. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.
120 saylı məktəbin kimiya-biologiya fəninin müəlliməsi Quliyeva Xeyransa bildirib ki, layihəyə 40 nəfər mütəxəssis cəlb edilib: “Layihəyə ancaq onuncu sinif şagirdləri cəlb olunub. Demək olar ki, peşə təmayüllü siniflərin icrası ilk olaraq 120 nömrəli məktəbdən başlayıb. Bu siniflərin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları, o cümlədən mətbəx və iaşə təlimi, tikiş təlimi, dülgərlik təlimi, tikinti-təmir təlimi və digər təlimlər üzrə zəruri hesab edilən alətlər, ləvazimatlar və avadanlıqlar ilə təmin edilib, həmçinin kənd təsərrüfatı istiqamətlərinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri qurulub. Şagirdlər həftənin üç günündə ümumtəhsil fənlərini keçirlər, iki günündə isə ancaq layihə üzrə çalışırlar.
Qeyd edək ki, bu il “Peşə təmayüllü siniflər” layihəsinə 420 şagird cəlb olunub.
Sevda Bayramova