-
- 29-10-2019, 15:30
- 1 791
"Azərbaycanda 4000-ə yaxın xüsusi istedadlı şagird..." - REPORTAJ
Bu gün istedadlı uşaqlar üçün xüsusi siniflərin fəaliyyət göstərdiyi Bakı şəhəri 220 nömrəli məktəb-liseyə mediatur təşkil edilib. Təhsil Nazirliyinin təşkil etdiyi mediaturun keçirilməsində məqsəd ümumi təhsil müəssisəsində yaradılan xüsusi siniflərlə tanışlıq, bu siniflərdə tədris prosesi ilə bağlı media nümayəndələrini məlumatlandırmaq olub.
News24.az-ın xəbərinə görə, lisey-məktəbin direktoru Lətifə Əzimova jurnalistlərə məktəbin bir sıra uğurlarından söz açıb. Onun sözlərinə görə, liseyin şagirdləri beynəlxalq olimpiadalarda qızıl, gümüş medallar əldə ediblər: “Liseyimiz Azərbaycan məktəbləri sırasında reytinqə görə 3 ildə 10-cu yerdə qərarlaşıb. Bu il isə 8-ci yerdə olub. Məktəblilərimizin qiymətləri Dövlət İmtahan Mərkəzinin yoxlamalarında da özünü doğruldub”.
Direktor onu da əlavə edib ki, hazırda 220 saylı məktəbdə 2400 şagird təshil alır: “Məktəbimizdə 2 korpus fəaliyyət göstərir. İbtidai siniflər üçün isə ayrıca korpus var. Eyni zamanda, bizdə inklusiv təhsil mövcuddur. Yəqin ki, diqqət etdiniz, məktəbimizlə üzbəüz 1 saylı Uşaq Evi yerləşir, bu müəssisənin uşaqları da bizim məktəbdə təshil alırlar”.
Mediatur çərçivəsində istedadlı uşaqlar üçün açılan riyaziyyat-informatika təmayüllü xüsusi sinifdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparılıb.
“Məqsədimiz bu sinifdə xüsusi istedadlı uşaqları üzə çıxarmaqdır”
Riyaziyyat müəlliməsi Səmədova Gülbəniz bildirib ki, bu siniflərin komplektləşdirilməsində əsas meyar kimi ötən tədris ilinin fənn müsabiqələrinin nəticələri götürülüb. 20 il müəllim kimi çalışan G.Səmədovanın sözlərinə görə, fənn müsabiqəsində yüksək nəticə göstərən şagirdlər xüsusi siniflərə cəlb ediliblər: “Bununla yanaşı, sinif komplektləşdirilməsində həmin şagirdlərin sayı kifayət etmədikdə, yerlərdə əlavə imtahan keçirilib və həmin imtahan nəticəsi əsasında əlavə şagirdlər də bu siniflərə cəlb ediliblər. Əvvəldən məqsədimiz bu sinifdə xüsusi istedadlı uşaqları üzə çıxarmaq idi, məqsədimizə doğru gedirik. Burada riyaziyyat fənni fərqli, daha dərin tədris olunur. Bu sinifdə şagirdlər eyni zamanda, məntiqi fikiryürütmə qabiliyyətinə malikdirlər”.
Liseyin xüsusi istedadlar sinfində oxuyan Zərifə Məmmədli ötən il keçirilən fənn müsabiqələrində kimya fənni üzrə 3-cü yerə layiq görüldüyünü bildirib:" Buna görə öz müəllimlərimə təşəkkür edirəm. Bu işdə müəllimlərin çox böyük zəhməti olub. Əsas çalışmaq və inanmaq lazımdır, mən bunun öhdəsindən gəldim". Zərifə gələcəkdə həkim olmaq istədiyini və bunun üçün əzmlə çalışdığını bildirib.
VIII c sinfinin digər şagirdi Elvin Əhmədov isə bildirib ki, xüsusi istedadlar sinfində oxumaq üçün imtahan verməli olub: “Gələcəkdə proqramçı olmaq istəyirəm. Ona görə, burada riyaziyyat və informatika elmini dərindən öyrənmək istəyirəm. Eyni zamanda, olimpiadalarda daha böyük uğurlar əldə etmək istəyirəm”.
“Azərbaycanın bütün bölgələrində xüsusi siniflərin sayını artırmaq hədəfimizdır”
Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev isə bildirib ki, xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensiallarını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlaşmasını təmin etməkdir:
“Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərdə dərs deyən müəllimlər rayon (şəhər) üzrə müvafiq fəndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.
Ötən tədris ilində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri, Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ və Sabirabad rayonlarında ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə təbiət elmləri təmayüllü siniflər yaradılıb. 2019-2020-ci tədris ilində isə xüsusi istedadlı uşaqlar üçün siniflərin şəbəkəsi genişləndirilib, 47 rayonda 83 məktəb üzrə 102 xüsusi sinif yaradılıb. Respublika üzrə hazırda ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon, 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir. Azərbaycanın bütün bölgələrində bu tip siniflərin fəaliyyət göstərməsi bizim ən böyük arzumuz və hədəfimizdir".
Afaq Mirayiq