Əməkdar artistin Nigar Camala CAVABI:
    • 29-11-2019, 12:12
    • 660

Əməkdar artistin Nigar Camala CAVABI: "MƏN ONU BƏYƏNİRƏM Kİ?" - VİDEO

"Elnarə Abdullayeva kimdir? Adını bilmirəm, yəqin üzünü tanıyıram. Xətrinə dəyməsin, amma tanımıram. Xanəndələri tanımıram".

News24.az xəbər verir ki, bu sözləri "Eurovision" qalibi müğənni Nigar Camal söyləyib.

Qarşı tərəfin cavabı da, gecikməyib: "Neyniyim? Gedim vurum, öldürüm yazığı?! Tanımır da. Mən də o xanımı tanımıram, üz-üzə gəlməmişik. Günlərin bir günü Seyid Şuşinskiyə sual verirlər ki, "Ay Seyid bu təzə oxuyanlar heç kimi bəyənmirlər. Bu haqda nə deyə bilərsən?" O da qayıdıb deyir ki, "Mən onları bəyənirəm ki?". İndi hələ bir soruşun görün, biz muğam ifaçıları onları bəyənirik ya yox? Biz muğam ifaçılarıyıq, şou adamı deyilik. Xalqımızın ağıllı, dərrəkalı musiqiçiləri olmalıyıq. Azərbaycan muğamını çiynlərimizdə gəzdirib, mədəniyyətimizə xidmət edirik".

Sevda Bayramova