Azərbaycanda 54 ildir müdir işləyən şəxs var – ŞOK FAKTLAR
    • 30-11-2019, 17:39
    • 918

Azərbaycanda 54 ildir müdir işləyən şəxs var – ŞOK FAKTLAR

“Azərbaycanda bu iki xanım Ginnesin Rekordlar kitabına düşməlidir. 93 yaşlı Ədilə Namazova 1965-ci ildən (54 il) Azərbaycan Dövlət Tibb Universitetinin "klinik pediatriya" kafedrasının müdiridir. 90 yaşlı Məsumə Məlikova isə 1968-ci ildən (51 il) Bakı Dövlət Universitetinin "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının müdiridir”.

News24.az-ın məlumatına görə, bu sözləri tanınmış təhsil eksperti Etibar Əliyev deyib. O bildirib ki, bu sahədə gender bərabərliyi də pozulub: “Bu yaşlarda kişi kafedra müdirləri qalmayıb”.