Lökbatanda keçirilmiş icazəsiz mitinqlə bağlı BŞBPİ-dən AÇIQLAMA
    • 30-11-2019, 19:02
    • 998

Lökbatanda keçirilmiş icazəsiz mitinqlə bağlı BŞBPİ-dən AÇIQLAMA

Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı şəhər Baş Polis İdarəsindən News24.az -a verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.